Lamiyə Vəliyeva finala növbəti dəfə vəsiqə qazandıbackend

Lamiyə Vəliyeva finala növbəti dəfə vəsiqə qazandı

Paris-2024-də T13 kateqoriyasında 100 m məsafəyə qaçış üzrə dünya rekordunu (11.76) yeniləyərək qızıl medal qazanan paraatletimiz Lamiyə Vəliyeva bu gün növbəti məsafədə mübarizə aparıb.

KONKRET.az xəbər verir ki, idmançımız bu dəfə Tokio-2020 paralimpiya oyunlarında qızıl medal əldə etdiyi 400 m məsafədə özünü sınayıb.

Təmsilçimiz 56,51 saniyəlik nəticə ilə təsnifat mərhələsini 2-ci pillədə başa vurub. Bu növ üzrə final mərhələsi sentyabrın 7-də baş tutacaq.

Qeyd edək ki, paralimpiyaçılarımız Paris-2024-də 3 qızıl, 1 gümüş və 3 bürünc müdal qazanıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*