Şimali Kiprin Girne sahillərində gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində daha bir nəfər saxlanılıb.
KONKRET.az report-a istinadla xəbər verir ki, həmin şəxs gəmi ekipajının keçmiş üzvüdür.
Gəmi qəzasına səbəb olduğu bildirilən çartdağı ilk aşkarlayan, onun fotosunu çəkərək ikinci kapitana göndərən həmin şəxsin 1 gün müddətinə həbsdə saxlanılmasına qərar verilib.
Məlumata görə, saxlanılan şəxs Azərbaycan vətəndaşıdır.
Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəminin qəzaya uğraması nəticəsində 26 nəfər ölüb, 239 nəfər xilas olunub. İtkin düşmüş daha bir sərnişinin isə axtarışı davam edir. Hadisə ilə bağlı üçü Azərbaycan vətəndaşı olmaqla, 9 nəfər saxlanılıb.
