Latviyada Rusiya xüsusi xidmət orqanlarına casusluqda şübhəli bilinən Rusiya vətəndaşı həbs edilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidmətindən (DTX) məlumat verilib.
DTX rusiyalının 2023-cü il dekabrın 20-də saxlanılmasına aydınlıq gətirib. O, Latviyadakı mühüm infrastruktur və hərbi obyektlər haqqında məlumat toplamaqda və Rusiya kəşfiyyat xidmətlərinə ötürməkdə və digər dəstək göstərməkdə şübhəli bilinir.
Dövlət Təhlükəsizliyi Xidməti qeyd edib ki, Riqa və onun ətrafında 5 obyektdə aparılan axtarışlar zamanı sənədlər və saxlama daşıyıcıları götürülüb. Şübhəli şəxsin kimliyi açıqlanmır.
Burhan,
KONKRET.az
