Lavrov və Mirzoyanın Səmərqənd görüşünün təfərrüatları məlum oldu – ÖZƏLbackend

Lavrov və Mirzoyanın Səmərqənd görüşünün təfərrüatları məlum oldu - ÖZƏL

Ermənistan və Rusiya xarici işlər nazirləri Səmərqənddə görüşüblər.

KONKRET.az xəbər verir ki, Sergey Lavrov və Ararat Mirzoyan bir sıra məsələlər barədə danışıqlar aparıblar.

MDB Xarici İşlər Nazirləri Şurasının Səmərqənddə keçirilən iclası çərçivəsində görüşən tərəflərin Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Tərəflər eyni zamanda regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə imzalanan sazişlərə uyğun olaraq münasibətlərin normallaşmasının bütün istiqamətləri üzrə səylərin gücləndirilməsinin vacibliyi qeyd edilib. Diplomatik xətt vasitəsilə gələcək təmasların davam etdirilməsi barədə razılığa gəlinib.

Qeyd edək ki, MDB Xarici İşlər Nazirləri Şurasının iclası Özbəkistanın paytaxtı Səmərqənd şəhərində keçirilir.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*