“Le Monde”: Ermənistan Dağlıq Qarabağda süqut etdi – ŞƏRHbackend

"Le Monde": Ermənistan Dağlıq Qarabağda süqut etdi - ŞƏRH

Ermənilər 1994-cü ildə Azərbaycan üzərində qələbədən sonra ordularını yenilməz hesab edirdilər. Ancaq qonşularının hücumunun miqyası və ordusunun üstünlüyü minlərlə gənc döyüşçünün sarsıdıcı məğlubiyyəti və ölümü ilə nəticələndi. …

KONKRET.az xəbər verir ki, bu məlumatı Fransanın populyar nəşri “Le Monde” yayıb. Məlumatda daha sonar deyilir: “Erməni və azərbaycanlı olan iki icmanın ürəyinə çox əziz olan strateji Şuşa qalası Bakı tərəfindən geri alındı. Və “Artsax Respublikası”nın bəlaya məhkum olan paytaxtı Stepanakert indi Rusiya ordusunun nəzarəti altında olan kövrək bir dəhlizlə Ermənistana bağlanır. Sanki dənizə çıxışı olmayan bir çay  kimi necə sağ qalacağını düşünür”.

Qəzet daha sonra yazır: “Ermənistan Azərbaycanla altı illik şiddətli döyüşlərdən (1988-1994) sonra mübahisəli ərazini ələ keçirdi. 30 il sonra isə Ermənistanın Qarabağdakı hərbi məğlubiyyəti çox sürətli oldu. Münaqişə müvafiq hökumətlərin məlumatına görə, Ermənistan tərəfdən 45, Azərbaycan  tərəfdən isə 93 mülki vətəndaş öldürüldü. Minlərlə hərbiçi məhv edildi və yaxud yaralandı. Ermənistanda isə qızışmış beyinlər və rəsmi təbliğat qaçılmaz olan bir məğlubiyyəti ört-basdır etməklə məşğul idi. Görünür, ermənilərin Qarabağ cəbhəsində ay yarım ərzində nə baş verdiyini anlamaları üçün müəyyən vaxt lazımdır”.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*