Livanda həbsxanada yanğın – Ölən və yaralananlar varbackend

Livanda həbsxanada yanğın - Ölən və yaralananlar var

Livanın şərqində, Bekaa əyalətindəki Zahle həbsxanasında məhbuslar “pis həyat şəraitinə” etiraz etmək üçün yanğın törədiblər.

KONKRET.az xəbər verir ki, yanğınla bağlı Livanın rəsmi NNA agentliyi məlumat yayıb.

Bildirilib ki, bəzi məhbuslar etiraz əlaməti olaraq həbsxananın yuxarı mərtəbəsində yanğın törədiblər və alov qısa müddətdə bütün mərtəbələrə yayılıb.

İlkin məlumatlara görə, yanğında 4 məhbus həyatını itirib, yaralılar var.

Livan Daxili İşlər Nazirliyi həbsxanasında baş verən hadisələrin Baş Qərargah ilə koordinasiyalı şəkildə izlənildiyini və bütün lazımi tədbirlərin görüldüyünü açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*