Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Livandakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxs səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.
KONKRET.az xəbər verir ki, Azxeber.com-un əldə etdiyi görüntülərdə vəhşi erməni toplumunun səfirliyə hücum etməsi anları əks olunub.
