“Liverpul”dan transfer BOMBASIbackend

"Liverpul"dan transfer BOMBASI

“Liverpul” PSJ-nin vingeri Bredli Barkolyanın transferi ilə bağlı razılığa gəlib.

KONKRET.az “The Athletic”ə istinadən xəbər verir ki, “qırmızılar” Fransa millisinin 23 yaşlı futbolçusu üçün 106+17 milyon funt sterlinq (125+20 milyon avro) ödəyəcəklər.

Barkolya yaxın 24 saat ərzində tibbi müayinədən keçəcək və beşillik müqavilə imzalayacaq.

“RMC Sport” da transferin 125+20 milyon avro qarşılığında başa çatacağını təsdiqləyib. Bildirilir ki, bonusların aktivləşdirilməsi asan olacaq.

Fransalı hücumçu PSJ-nin heyətində 152 matç keçirib, 39 qol vurub və 37 məhsuldar ötürmə edib. O, klubla birlikdə iki dəfə UEFA Çempionlar Liqasının və üç dəfə Fransa çempionatının qalibi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*