LİVİYA açıqladı: Ən uyğun vaxtda cavabını verəcəyik!backend

LİVİYA açıqladı: Ən uyğun vaxtda cavabını verəcəyik!

Vatiyyə hərbi bazasında həyata keçirilən hücuma adekvat cavab verəcəyik.

KONKRET.az xəbər verir ki, bu sözləri Liviya Milli Razılaşma Hökumətinin Müdafiə nazirinin müavini Səlahəddin Nemruş deyib.

“Müharibə cinayətkarını (Xəlifə Haftar) dəstəkləyən əcnəbi qırıcılarla təşkil edilən bu hücum ordumuzun şanlı zəfərini manipulyasiya etmək üçün uğursuz bir cəhddir. Liviyada strateji təsisatların hədəf alınması bəzi dövlətlərin bu hücumlarda iştirak etdiyini göstərir. Bu hücuma ən əlverişli zamanda və məkanda qarşılıq verəcəyik”, – deyə Nemruş bildirib.

Qeyd edək ki, Vatiyye aviabazasının naməlum qırıcılar tərəfindən hücuma məruz qaldığı deyilmişdi. Bəzi mənbələr, bu insidentə Rusiyanın əli olduğunu iddia edir.

axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*