Londonda hərbi paradın məşqi zamanı tribuna uçdubackend

Londonda hərbi paradın məşqi zamanı tribuna uçdu

Londonda Böyük Britaniya kraliçası II Elizabetin hakimiyyətinin 70-ci ildönümünün qeyd edilməsi üçün keçirilən hərbi paradın məşqi zamanı tamaşaçı tribunası uçub.

KONKRET.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Qeyd olunur ki, üç zərərçəkən xəstəxanaya yerləşdirilib.

Böyük Britaniyanın Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün araşdırma aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*