Kriminal aləmdə daha çox “Paştet” kimi tanınan 42 yaşlı belaruslu “qanuni oğru” Pavel Alekseyeviç üç illik həbs cəzasını çəkdikdən sonra Moqilev həbsxanasından azad edilib.
KONKRET.az xəbər verir ki, bu Alekseyeviçin ümumilikdə altıncı məhkumluğu olub. Onun həbs qərarlarından ikisini Rusiya məhkəmələri veriblər. Onun ümumi məhkumluğu 20 ildir.
Belaruslu “oğru” yenə də kimi paytaxt Minskdə törətdiyi xuliqanlıq əməlinə görə cəza çəkib.
Məlumata görə, Alekseyeviç hazırda paytaxtda yaşayır və 1 il müddətinə nəzarətə götürülüb.
Qeyd edək ki, “Paştet” mərhum azərbaycanlı kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifovdan öz rəqibinə qarşı kömək istəyib. Belə ki, o, həmyerlisi olan digər “qanuni oğru” “Saşa Kuşner”lə mübarizə üçün “Lotu Quli”dən yol göstərməsini xahiş edib. Nadir Səlifov “Paştet”i Türkiyəyə görüşə çağırsa da, o, nəzarət olduğunu bildirib və görüşə gəlməyib./Lent.az