“Belarusda səfərbərlik olmayacaq”.
KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Bu səfərbərlik Rusiyadadır. Bizdə olmayacaq. Bu yalandır”, – deyə Lukaşenko bildirib.
O əlavə edib ki, Belarus təhdidlərə və terror aktları törətmək cəhdlərinə cavab verəcək. Bunun üçün ölkədə mütəmadi olaraq müxtəlif təlimlər keçirilir.
Qeyd edək ki, sentyabrın 20-də Lukaşenko bəyan edib ki, ölkədə formalaşma mərhələsində olan hərbi qüvvələrin və xalq milislərinin təlimini təşkil etmək lazımdır.
İqbal Rzayev,
KONKRET.az