Lukaşenko belaruslara MƏSLƏHƏT VERDİ: “Sakit yaşamaq istəyirsinizsə, sizə dediklərimi edin”backend

Lukaşenko belaruslara MƏSLƏHƏT VERDİ: “Sakit yaşamaq istəyirsinizsə, sizə dediklərimi edin”

Lukaşenko həmvətənlərinə müraciət edib.

KONKRET.az BELTA-ya istinadən xəbər verir ki, Belarus Prezidenti bunu ÜmumBelarus Xalq Məclisinin yaradılması və seçki qanunvericiliyinə dəyişikliklərlə bağlı keçirilən iclasda deyib.

Aleksandr Lukaşenko deyib ki, insanlar mövcud təhlükələrlə bağlı bütün həqiqəti bilməlidirlər.

Lukaşenko ayrıca vurğulayıb ki, o, xalqı qorxutmaq istəmir:

“Mən sadəcə istəyirəm ki, xalq baş verən hər şeydən açıq şəkildə yüz faiz məlumatlandırılsın. Ondan sonra xalq qərar versin”.

Belarus lideri əlavə edib ki, insanlar nə edəcəklərinə özləri qərar verməlidirlər.

“Dinc və sakit yaşamaq istəyirsinizsə, səhər-axşam özünüz duş qəbul etmirsinizsə, heç olmasa uşaqlarınızı isti suda çimizdirin. Ev isti olsun, qaz olsun, neft olsun, səhər-axşam yeməyə nəsə olsun, nəsə yeyin, geyinin, ona görə də dişlərinizi sıxın və mən dediklərimi edin”, – Lukaşenko deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*