Belarus Rusiya istehsalı koronavirus testlərini almaqdan imtina edib.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Lukaşenko bu addımı testlərin səhv nəticə göstərdiyininə görə atdıqlarını bildirib:
“Açıq şəkildə deməliyəm ki, testlər heç bir şeyə yaramır. Rusiya testləri ilə test etdik, 15 nəfərdə nəticə müsbət çıxdı. Rusiya testlərindən imtina etdik, Çin testlərindən yararlandıq və yalnız 1 nəfərdə koronavirus çıxdı”, – deyə o bildirib.
Qeyd edək ki, Belarus Rusiyadan 30 min test almağı planlaşdırmışdı.
