Lukaşenko Rusiyanı nüvə silahından istifadə etməyə hazır olmağa çağırdı – VİDEObackend

Lukaşenko Rusiyanı nüvə silahından istifadə etməyə hazır olmağa çağırdı - VİDEO

Lukaşenko Rusiyanı nüvə silahından istifadə etməyə hazır olmağa çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. Belarus rəhbəri Aleksandr Lukaşenko belə bir bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı çıxış edib.

Lukaşenko Rusiya Federasiyasını nüvə silahından istifadə etməyə hazır olmağa çağırıb.

Onun sözlərinə görə, Belarusda nüvə sursatı anbarları yoxdur, ancaq Rusiyada var.

“Putinin haqlı olaraq dediyi kimi, altı ölkənin altı nöqtədə nüvə başlıqları var”, – deyə Belarus lideri bildirib.

Lukaşenka bildirib ki, Belarus və Rusiya Qərb aviasiyasının nüvə silahından istifadə təlimini hələ də əks etdirməyiblər, onlar yalnız “yarım addım” atıblar.

“Uçurlar, məşq edirlər. Niyə məşq edirlər, niyə nüvə blankları daşıyırlar? Sabah təyyarəyə nüvə bombası qoymaq və lazım olan yerə atmaq üçün. Ona görə də biz hələ tutarlı cavab verməmişik”, – prezident deyib.

Lukaşenko bildirib ki, ölkələr buna hazır olmalıdır.

“Biz bütün istiqamətlərdə silahı hazır saxlamalıyıq. Və oralarda “Putin Belarusu ələ keçirdi”, “o istədiyini edir” deyə qışqırmağa ehtiyac yoxdur… Bizim iki suveren dövlətin razılaşdırılmış ağıllı siyasəti var. Bunun üçün ilk növbədə Makey və Lavrov cavabdehdir”, – deyə Belarus lideri vurğulayıb.

Xatırladaq ki, Putin Lukaşenko ilə görüşü zamanı yaxın bir neçə ay ərzində nüvə silahı da daxil olmaqla istifadə oluna bilən İsgəndər-M komplekslərini Minskə təhvil verəcəyini bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*