Lukaşenko söz verdi: “Vaqner” Belarus ərazisindən heç kimə hücum etməyəcək”backend

Lukaşenko söz verdi: "Vaqner" Belarus ərazisindən heç kimə hücum etməyəcək"

Belarus Prezidenti Aleksandr LukaşenkoVaqner”in respublika ərazisindən başqa ölkələrə hücum edib-etməyəcəyi sualını cavablandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.

Belarus lideri bildirib ki, əgər “Vaqner” Belarusda fəaliyyət göstərərsə, o zaman ordu kimi ölkənin maraqlarını qoruyacaq.

“Biz heç vaxt heç kimə hücum etməmişik və bu fikirdə deyilik. Mən bunu artıq bir neçə dəfə demişəm. Heç kim bizim ərazimizdən başqa dövlətə hücum etməyəcək. Əgər bizə qarşı təcavüz edilərsə, biz cavab verəcəyik”, – Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən deyib.

Belarus Prezidenti qeyd edib ki, “Vaqner”in yerləşdirilməsi məsələsi hələ həll olunmayıb və Rusiya rəhbərliyi tərəfindən belə bir qərar qəbul edilərsə bu baş verməyə bilər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*