Ermənistanda dövlət sirrini yayan polkovnik həbs olundubackend

Ermənistanda dövlət sirrini yayan polkovnik həbs olundu

Ermənistanın bir sıra kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin komandiri, polkovnik Edik Maloyanın evində axtarış aparıblar. Səhər saatlarında reallaşan əməliyyatdan sonra yüksəkrütbəli zabit saxlanılıb.

KONKRET.az xəbər verir ki, polkovnik Edik Maloyan və həmin hərbi hissədə məxfiliyin qorunması rejiminə cavabdeh olan zabit R.C. dövlət sirrini yaymaqda və buna təhrikçilik etməkdə şübhəli bilinərək həbs ediliblər.

Ermənistan İstintaq Komitəsinin Baş İdarəsi tərəfindən aparılan cinayət işi çərçivəsində məhkəməyə müraciət olunub. İstintaq orqanı hər iki hərbçi barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət qaldırıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*