Mahir Emreli antirekordla Azərbaycan millisinin tarixinə düşdübackend

Mahir Emreli antirekordla Azərbaycan millisinin tarixinə düşdü

Mahir Emreli Azərbaycan millisinin tarixində antirekorda imza atıb.

KONKRET.az– ın məlumatına görə, 23 yaşlı hücumçu yığmanın tarixində ən erkən qırmızı vərəqənin müəllifi olub.

O, Millətlər Liqasının I turunun Lüksemburqla ev oyununun 26-cı dəqiqəsində rəqibi vurduğu üçün meydandan qovulub.

Mahir əvvəlki antirekordu 1 dəqiqə yeniləyib. Ondan öncə ən erkən qırmızı vərəqəni iki futbolçu alıb. Aslan Kərimov Portuqaliya ilə 2007-ci, Saşa Yunisoğlu Avstriya ilə 2011-ci ildəki görüşlərin 27-ci dəqiqəsində meydandan kənarlaşdırıb.

Düzdür, iki futbolçumuz meydanda daha az olub qırmızı vərəqə alıb. Lakin Rasim Abışov və Branimir Subaşiç komanda yoldaşlarını əvəzləyəndən az sonra qırmızı vərəqə görüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*