Mahir Emreli “Rakuv”un heyətində növbəti qolunu vurubbackend

Mahir Emreli "Rakuv"un heyətində növbəti qolunu vurub

Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Rakuv”un heyətində Polşa çempionatında ilk qolunu vurub.

KONKRET.az-ın məlumatına görə, 29 yaşlı hücumçu II turda “Şlyonsk” komandasına qarşı səfər oyununda fərqlənib.

Start heyətində meydana çıxan forvard 60-cı dəqiqədə hesabı açıb.

Qeyd edək ki, bu, Mahir Emrelinin “Rakuv”un heyətində ikinci qolu olub. O, daha əvvəl UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Malta təmsilçisi “Valletta” ilə debüt matçında da rəqib qapısına yol tapmışdı./”Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*