Fələstin prezidenti Mahmud Abbas BMT-ni İsrailin Qəzza zolağına hücumunu dayandırmağa çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə o, BMT-nin baş katibi Antonio Quterreş ilə söhbət zamanı bildirib.
Abbas BMT-dən davam edən İsrail hücumunu dayandırmaq üçün müdaxilə etməyi istəyib.
Məlumata görə, Abbas Quterreş və BMT-ni öz öhdəliklərini yerinə yetirməyə çağırıb.
Quterreş qeyd edib ki, BMT Qəzza zolağının sakinlərinə humanitar yardım göstərməyə çalışır və münaqişənin eskalasiyasını dayandırmaq üçün bütün beynəlxalq tərəflərlə əlaqə saxlayır.
Ariz Həsənoğlu,
KONKRET.az
