ABŞ İranın sabiq prezidenti Mahmud Əhmədinejada (2005-2013) qarşı sanksiya tətbiq edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Ölkənin Kəşfiyyat Nazirliyi də “qara siyahı”ya salınıb.
“İranı regiondakı təxribatçı hərəkətlərinə görə məsuliyyətə cəlb etməyə davam edəcəyik”, – açıqlamada qeyd olunur.