“Fransa Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli saziş üzərində işi yaxın həftələrdə başa çatdıracaq”.
KONKRET.az xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron bildirib.
O, həmçinin Kiyevə 40-a yaxın “Scalp” raketi və bir neçə yüz bombanın yeni tədarükünü elan edib.
Makronun sözlərinə görə, Fransa hərbi istehsalı artırmaq üçün hərbi iqtisadiyyata keçib ki, bu da ukraynalıların gözlədiyi Sezar haubitsalarını təmin etməyə imkan verəcək.
“Mən özüm fevralda Ukraynaya gedəcəyəm, orada bu mətn üzərində işin başa çatdığını elan edəcəyəm və bu silahların tədarükü artıq başlayacaq”, – deyə Fransa prezidenti bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
