Makronun xüsusi nümayəndəsi dağda yıxılaraq ÖLDÜbackend

Makronun xüsusi nümayəndəsi dağda yıxılaraq ÖLDÜ

2019-cu ildə yanğından sonra “NotrDam Katedralı”nın bərpasına nəzarət edən Fransa ordusu generalı Jan-Lui Corclen ölkənin cənubundakı Pireney dağlarında yıxılaraq ölüb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, 74 yaşlı general Pireney dağlarında, 2650 m yüksəklikdə yerləşən Fosten aşırımının yaxınlığında dünyasını dəyişib.

Qeyd olunub ki, avqustun 30-da onun 75 yaşı tamam olmalı idi.

Məlumata görə, Jan-Lui Corclen 1967-ci ildə Sen-Sir Ali Hərbi Məktəbini bitirib və kapitan rütbəsi ilə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahına daxil olub. 2006-cı ildə o, Fransanın Baş Qərargah rəisi təyin edilib. 2010-2016-cı illərdə Fəxri Legion Ordeninin Böyük Kansleri vəzifəsində çalışıb. 2019-cu ilin aprelində “NotrDamde-Pari”də (Notr-Dam Katedrali) baş vermiş güclü yanğından sonra o, bu tarix və mədəniyyət abidəsinin bərpası layihəsini həyata keçirmək üçün respublika Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*