İrlandiyada “Bank of Ireland”ın bankomatlarının sıradan çıxması ölkədə maliyyə xaosuna səbəb olub.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, nasazlıq İrlandiya sakinlərinə hesablarında olmayan pulları çıxarmağa imkan verib.
Belə ki, bankomatlar müştərinin hesabında vəsait olmasa belə, min avroya qədər nağd pul verib.
Qeyd olunub ki, hazırda texniki nasazlıq aradan qaldırılıb, lakin avqustun 15-də axşam saatlarında bütün ölkə üzrə “Bank of Ireland”ın bankomatlarında uzun növbələr yaranıb.
Bank of Ireland glitch ‘allowed customers with no money to withdraw funds from ATM’ pic.twitter.com/IdRgGiuyYE
— Prem Prakash Rai 🇮🇳 (@iampremrai) August 16, 2023
Bank rəhbərliyi müştərilərin nəzərinə çatdırıb ki, əgər onlar ötən gecə bankomatlardan hesablarında olan məbləğdən artıq vəsait çıxarıblarsa, həmin pullar avtomatik olaraq tutulacaq və banka qaytarılacaq.
İqbal Rzayev,
KONKRET.az
