Mamalıq ixtisasını bitirən kosmetoloq işləyirmiş… – “Omorfia”da vaxtı keçmiş dərmanlar aşkarlandıbackend

Mamalıq ixtisasını bitirən kosmetoloq işləyirmiş... - “Omorfia”da vaxtı keçmiş dərmanlar aşkarlandı

Xətai rayonunda fəaliyyət göstərən “Omorfia” (“Brightalive MMC) estetik klinikasında keçirilə yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb.

KONKRET.az xitab24-ə istinadən xəbər verir ki, yoxlama Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən aparılıb.

Yoxlama zamanı klinikada vaxtı keçmiş dərman vasitələri aşkarlanıb.

Bunlar aşağıdakılardır:

Natrium xlorid 0,9% – 400 ml – bitmə tarixi 10.2025, 

Qlükoza 5% – 200 ml bitmə tarixi: 07.2025, 

Ammonyak 10% – 25 ml bitmə tarixi: 06.2025, 

Valeriana damcı – 25 ml bitmə tarixi: 04.2025, 

Yod – 10 ml bitmə tarixi: 01.2026,

Kordiamin – 250 ml bitmə tarixi: 04.2026, 

Dimedrol 1% – 1×10 ml bitmə tarixi: 02.2026.

Bundan başqa, daha bir nöqsan Bakı Tibb Kollecinin mamalıq işi ixtisasını bitirmiş şəxsin klinikada kosmetoloq vəzifəsində çalışması olub.

İnzibati Xətalar Məcəlləsinin 215.4 və 221.1- ci maddələri ilə nəzərə tutulmuş inzibati xətaları törədən klinika barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Xətai Rayon Məhkəməsinin qərarına əsasən, “Omorfia” 6000 manat cərimələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*