“Mançester Siti” “Real”ı darmadağın edib finala yüksəldibackend

“Mançester Siti” “Real”ı darmadağın edib finala yüksəldi

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə yekun vurulub.

KONKRET.az xəbər verir ki, turnirin sonuncu finalçısı İngiltərədə müəyyənləşib.

Burada yerli “Mançester Siti” İspaniya nəhəngi, ÇL-in sonuncu qalibi “Real”la üz-üzə gəlib.

Bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməmişdi – 1:1. Cavab görüşündə isə darmadağına sevinən “Mançester Siti” finala yüksəlib.

Xatırladaq ki, daha öncə “İnter” İtaliyanın digər təmsilçisi “Milan”ı iki oyunun nəticəsinə əsasən (2:0, 1:0) məğlub edərək finala yüksəlmişdi.

Çempionlar Liqasının final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
17 may

“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) 4:0
Qollar: Bernardo Silva, 23; 37. Eder Militao, 76-öz qapısına. Xulian Alvares, 90+1.
Baş hakim: Şimon Marçinyak (Polşa).
Mançester. “Etihad” stadionu.
İlk oyun – 1:1.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*