“Mançester Siti” və “İnter” yarımfinalda!backend

“Mançester Siti” və “İnter” yarımfinalda!

Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına yekun vurulub.

KONKRET.az xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları müəyyənləşib.

“Bavariya” “Mançester Siti”ni qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. İki oyunun nəticəsinə görə İngiltərə təmsilçisi adını yarımfinala yazdırıb.

Digər matçda “Benfika” “İnter”in qonağı olub. Qarşılşma 3:3 hesabı ilə başa çatıb. İki oyunun nəticəsinə görə İtaliya təmsilçisi növbəti mərhələyə yüksəlib.

19 aprel

23:00: “Bavariya” (Almaniya) – “Mançester Siti” (İngiltərə) – 1:1

Qollar: Ximmik, 83 (pen) – Haaland, 57

İlk oyun – 0:3

23:00. “İnter” (İtaliya) – “Benfika” (Portuqaliya) – 3:3

Qollar: Barella, 14, Martinez, 65, Korrea, 78  – Aursners, 38, Antonio Silva, 86, Musa – 90+5

İlk oyun – 2:0

Qeyd edək ki, yarımfinalda “İnter” “Milan”la, “Mançester Siti” isə “Real”la qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*