“Mançester Yunayted” və “Çelsi” Meyson Mauntun transferi ilə bağlı razılığa gəlib.
KONKRET.az-ın məlumatına görə, mankunianlar yarımmüdafiəçi üçün 55 milyon funt-sterlinq ödəyəcək, daha 5 milyonu isə bonus olaraq veriləcək.
Futbolçuya daha bir il uzadılması imkanı ilə 5 illik müqavilə təklif edilib.
İnsayder Fabrizio Romanonun sözlərinə görə, ingilis oyunçu gələn həftə tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Maunt 2022/23-cü ildə Premyer Liqada 24 oyun keçirib və 3 qol vurub.
