Maradonanın hesabını sındırdılar, görün nə yazdılar – FOTObackend

Maradonanın hesabını sındırdılar, görün nə yazdılar - FOTO

Hakerlər Dieqo Maradonanın rəsmi “Facebook” səhifəsini bir neçə saat ərzində ələ keçiriblər.

KONKRET.az xəbər verir ki, hakerlər bu müddətdə 2020-ci ilin noyabrında vəfat edən əfsanəvi argentinalının hesabını qeyri-ciddi yazılarla doldurublar.

Bir neçə saat ərzində Maradonanın 12 milyon izləyicisi kiminsə axmaq zarafatına bənzəyən mesajları oxumalı olub. Yazıların bəziləri hətta Britaniyanın “Sky Sport” nəşri də daxil olmaqla xarici KİV-lər tərəfindən çap olunub: “Siz bilirsiniz ki, ölümümü saxtalaşdırmışam, elə deyilmi?”; “Cənnətdə kokain yoxdur. Yalnız Pepsi var” və s.

Bir müddət hesabın profil şəklini Maradonadan cəmi iki il sonra, keçən ilin dekabrında vəfat edən Pelenin şəkli əvəz edib. Daha sonra Maradonanın hesabının guya rusiyalı hakerlər tərəfindən sındırıldığı iddia edilib.

Məsələ ilə bağlı Maradonanın qızı açıqlama yayıb: “Təəssüflə bildiririk ki, Dieqo Maradonanın rəsmi “Facebook” hesabı kiberhücuma məruz qalıb. Atam hələ də bu qədər vacibdir, çünki hansısa cəfəngiyyatları yazmaq üçün onun hesabını sındırmaq lazım gəlib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*