Venesiyanın Marko Polo hava limanı uçuş-enmə zolağına çoxlu sayda qağayıların girməsi səbəbindən qısa müddətə bağlanmağa məcbur olub.
KONKRET.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Save şirkətinin məlumatına görə, qağayıları qorxutmaq üçün müxtəlif vasitələrdən, o cümlədən şahin silahından istifadə edilib.
“Problem aşkar edildikdə, sərnişinlərin və operatorların tam təhlükəsizliyini təmin etmək üçün zəruri olan adi tədbirlərə başlanıldı”, – deyə məlumatda qeyd edilir.
Veneto bölgəsinin rəhbəri Luka Zaya Romadan Venesiyaya qayıdan istiqaməti dəyişdirilmiş reyslərdən birində olub.
Zayanın sözlərinə görə, 200-ə yaxın qağayı uçuş-enmə zolağının qarşısını kəsib.
Ariz Həsənoğlu,
KONKRET.az
