Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının rayon ərazisində qeydə alınıb.
Belə ki, “Chevrolet Cruze” markalı maşın idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü rayon xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
