Avtomobili izdihamın üzərinə sürdü: Yaralılar varbackend

Avtomobili izdihamın üzərinə sürdü: Yaralılar var

Serbiyanın paytaxtı Belqradda keçirilən etiraz aksiyasında avtomobili izdihamın üzərinə sürüblər.

KONKRET.az xəbər verir ki, hadisə nəticəsində ikisi qadın, biri kişi olmaqla 3 nəfər yaralanıb.

Belə ki, avtomobilin zərbəsindən qadın yerə yıxılıb, sürücü isə hadisə yerindən qaçıb.

Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Xatırladaq ki, Serbiyada kütləvi etirazlar 2024-cü ilin noyabrında Novi Sad stansiyasında beton örtüyünün uçması nəticəsində 15 nəfərin ölümündən sonra başlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*