Maşını yol kənarına itələyən şəxsi TIR vurub öldürdübackend

Maşını yol kənarına itələyən şəxsi TIR vurub öldürdü

Yevlaxda yük maşını nasaz avtomobilini yolun kənarına itələyən şəxsi vuraraq öldürüb.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Aran qəsəbəsindən keçən 305-ci kilometrliyində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Məhərrəm Qurbanzadə nasaz vəziyyətdə olan avtomobilini yolun kənarına itələyərək çıxarmaq istəyib. Bu zaman arxadan gələn və 1998-ci il təvəllüdlü Turxan Abbasovun idarə etdiyi “Mercedes Atego” markalı TIR ona çırpılıb.

Məhərrəm Qurbanzadə aldığı xəsarətdən hadisə yerində ölüb.

Araşdırma aparılır.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*