Amerikalı sahibkar İlon Mask bildirib ki, dünyanın ən böyük iqtisadiyyatları doğum səviyyəsinin kəskin azalması səbəbindən uzunmüddətli perspektivdə məhv olmaq təhlükəsi ilə üz-üzədir.
KONKRET.az xəbər verir ki, Mask fikirlərini belə davam etdirib:
“Onlar artıq uzun müddətdir ki, məhv olmağa doğru gedirlər”, – deyə Mask X sosial şəbəkəsində yazıb.
O, bu fikri Financial Times qəzetinin BMT-nin dünyanın ən böyük iqtisadiyyatlarında doğum əmsalı ilə bağlı dərc etdiyi statistikaya münasibət bildirərkən səsləndirib.
Mask daha əvvəl də dəfələrlə xəbərdarlıq edib ki, dünyada doğum səviyyəsinin kritik həddə enməsi bəzi ölkələrin və mədəniyyətlərin gələcəyini təhlükə altına qoya bilər.
Günay Əli
KONKRET.az
