Matviyenko sülh müqaviləsindən DANIŞDI: “Əlimizdən gələni edirik”backend

Matviyenko sülh müqaviləsindən DANIŞDI: "Əlimizdən gələni edirik"

“Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün əlindən gələni edir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

Onun sözlərinə görə, Rusiya üçtərəfli saziş çərçivəsində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanması üçün bütün səyləri göstərir:

“Rusiya bir vaxtlar dövlət başçılarının imzaladığı üçtərəfli saziş çərçivəsində sülh müqaviləsinin mümkün qədər tez imzalanması üçün əlindən gələn hər şeyi edib. Bu gün də həmin proses davam etməkdədir”, – deyə Matviyenko fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*