Maya Sandu: “Rusiya tərəfində vuruşan moldovalılar vətəndaşlıqdan məhrum ediləcək”backend

Maya Sandu: "Rusiya tərəfində vuruşan moldovalılar vətəndaşlıqdan məhrum ediləcək"

“Dnestryanı bölgədə yaşayanların Rusiya ordusuna cəlb olunması ilə bağlı məlumat yoxdur”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu bildirib.

Onun sözlərinə görə, respublikanın hakimiyyət orqanları müharibədə Rusiya tərəfində iştirak edəcək moldovalıların vətəndaşlığından məhrum edilməsi məsələsini həll edir.

“Biz yalnız Moldova vətəndaşlığına malik olan və hərbi münaqişədə təcavüzkarın tərəfində çıxış edəcək şəxslərin vətəndaşlığdan məhrum edilməsi imkanını nəzərdən keçiririk”, – Maya Sandu brifinqdə deyib.

Respublika başçısı əlavə edib ki, bu əvvəlcə ikili vətəndaşlığı olanlara şamil ediləcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*