Mbappe dünyanın ən çox maaş alan futbolçusu oldubackend

Mbappe dünyanın ən çox maaş alan futbolçusu oldu

Fransanın PSJ klubu ilə müqavilənin müddətini uzadan Kilian Mbappe dünyanın ən çox maaş alan futbolçusu olub.

KONKRET.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Tankredi Palmeri özünün tviterdəki səhifəsində bildirib.

Yeni sözləşməyə əsasən, 24 yaşlı hücumçunun məvacibi 93 milyon avro təşkil edəcək. Ən çox maaş alan oyunçuların siyahısında Mbappenin komanda yoldaşları Lionel Messi (35 milyon avro) və Neymar (30 milyon avro) ilk “3-lüy”ü qapayır.

Qeyd edək ki, Kilian Mbappenin yeni müqaviləsi 2025-ci ilədək nəzərdə tutulub. O, 2021/2022 mövsümündə Fransa Liqa-1-də 34 oyuna çıxıb, 28 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*