Mbappe “Real”a gedir?backend

Mbappe “Real”a gedir?

“Real Madrid” futbol klubunun prezidenti Florentino Peres “Paris Sen-Jermen”in və Fransa millisinin hücumçusu Kilian Mbappenin mümkün transferi haqda danışıb.

KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə bir fanatın Peresdən PSJ-nin ulduz hücumçusu ilə müqavilə imzalayıb-imzalamayacağını soruşduğu video yayılıb.

Madrid klubunun rəhbəri, “Bəli, amma bu il deyil”, – deyə cavab verib.

Qeyd edək ki, 2022-ci ilin mayında Mbappe PSJ ilə müqaviləsini 2023/24 mövsümünün sonuna qədər uzadıb. Müqavilənin daha bir il uzadılması variantı var. Futbolçu 2017-ci ildən Paris klubunda çıxış edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*