“Rəsmi Moskva müharibəni dayandırsa, Rusiya mövcud olmayacaq”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. O, hərbi əməliyyatın dayandırılması və ABŞ-dan Ukraynaya silah tədarükü barədə danışıb.
Dmitri Medvedev Rusiyanın müharibəni niyə bitirə bilməyəcəyini qısa şəkildə izah edib.
“Rusiya qələbə qazanmadan “xüsusi əməliyyat”ı dayandırsa, Rusiya mövcud olmayacaq, parça-parça olacaq. Əgər ABŞ Kiyev rejiminə silah tədarükünü dayandırsa, müharibə başa çatacaq”, – deyə Medvedev bildirib.
Xatırladaq ki, bundan əvvəl Medvedev Zelenskini müstəqil olmamaqda və ABŞ-a tabe olmaqda ittiham edib.
Xuraman Etibarlı,
KONKRET.az
