Məhbuslar bu üsulla həbsdən QAÇDIbackend

Məhbuslar bu üsulla həbsdən QAÇDI

Efiopiyada dörd məhbus onları Alaba şəhərindəki həbsxanaya qaytaran mühafizəçilərin gözlərinə çili tozu səpərək qaçıb.

KONKRET.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

“Qaçan dörd məhbusdan biri öldürülüb, biri yaralanıb, ikisi isə hələ də azadlıqdadır”, – deyə regional polisinin rəis müavini Taju Neqaş bildirib.

Onun sözlərinə görə, məhkumların çilini haradan aldıqları bəlli deyil.

Polis qaçan məhbusların təhlükəli olduğunu bildirib və axtarışlara kömək etmək üçün ictimaiyyətə onların fotoşəkillərini yaymağı planlaşdırır.

Qeyd edək ki, çili bibəri Efiopiya mətbəxində istifadə olunur və Alaba şəhərində məşhurdur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*