Alabama edam üçün azot qazı üsulundan istifadə edən ilk ABŞ ştatı olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə noyabrın 3-də Fox News məlumat yayıb.
Çərşənbə günü Alabama Ali Məhkəməsi ştatın baş prokurorunun 58 yaşlı Kennet Smit üçün edam orderinin verilməsi tələbini təmin edib.
Qeyd edək ki, keçən il Alabama İslahlar Departamenti Smiti edam etmək üçün venasına ölümcül inyeksiya daxil etməli idi. Lakin departamentin cavabdeh əməkdaşları bunu etməyib. Qərara gəlinib ki, o, təmiz azotla nəfəs almağa məcbur edilməklə edam edəcəklər. Yeni metodun tərəfdarları bunun ağrısız olacağını, əleyhdarları isə bunun insan təcrübəsi olduğunu deyirlər.
Xatırladaq ki, Smit 1988-ci ildə Alabama ştatının şimalında bir qadını sifarişlə qətlə yetirməkdə təqsirli bilinir. Prokurorların sözlərinə görə, Smit və onun şəriki qətlə görə 2000 dollar alıb. Qətl və sifarişçinin ifşası cəmiyyəti şoka salıb. Sifarişçi Pastor bir həftə sonra intihar edib. Smitin şəriki 2010-cu ildə edam edilib. Ştatın baş prokuroru qeyd edib ki, qurbanın ailəsi ədalətin bərqərar olunması üçün 35 il gözləyib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
