“Məhkəmədə qalib gələ bilməyəcəyik” – Bu tələbələri Almaniyadan çıxarırlarbackend

"Məhkəmədə qalib gələ bilməyəcəyik" - Bu tələbələri Almaniyadan çıxarırlar

Qırğızıstanın Almaniyadakı səfiri Ömürbək Təkəbayev Ferienjob proqramı çərçivəsində əmək müqavilələrinə vaxtından əvvəl xitam verilməsi nəticəsində çətin vəziyyətə düşən qırğızıstanlı tələbələrlə görüşərək əldə olunmuş razılaşmalar barədə məlumat verib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, şirkətin hərəkətlərinə məhkəmədə etiraz etmək mümkün olmayacaq, çünki müqavilə hüquqi baxımdan qüsursuz şəkildə tərtib edilib.

 “Biz məhkəmədə qalib gələ bilməyəcəyik, çünki müqavilə qüsursuz hazırlanıb.”

O bildirib ki, Almaniya şirkəti 1 avqustadək Qırğızıstana qayıtmağa qərar verən hər bir tələbəyə 150 avro ödəməyə hazırdır.

Bundan əlavə, işəgötürən tələbələrin faktiki işlədikləri saatları yenidən hesablayacaq və əməkhaqlarını tam həcmdə ödəyəcək.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*