Məhkəmədən Necati Şaşmazla bağlı QƏRARbackend

Məhkəmədən Necati Şaşmazla bağlı QƏRAR

Məşhur türkiyəli aktyor Necati Şaşmazın məhkəmə prosesi keçirilib.

KONKRET.az xəbər verir ki, N.Şaşmazın həyat yoldaşı Nagehan Şaşmazın şikayəti əsasında baş tutan məhkəmədə aktyor gizli şəkildə şəxsi danışıqları qeydə almaqda ititham edilib.

Belə ki, prosesdə tərəflərin vəkilləri iştirak edib və N.Şaşmazın gizlilik prosedurlarını pozması səbəbindən 22 il həbs cəzasına məhkum edilməsi istənilib. Lakin qarşı tərəfin bu iddiası rədd edilib və yekunda Anadolu 27-ci Asliyə Cəza Məhkəməsində Şaşmazın günahsız olduğu sübuta yetirilərək ona bəraət verilib.

Qeyd edək ki, Qurdlar Vadisindəki Polad Ələmdar rolunu canlandıran N.Şaşmaz həyat yoldaşı Nagehan Şaşmazdan boşanma ərəfəsindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*