Məhsa Əmininin ölüm səbəbi AÇIQLANDIbackend

Məhsa Əmininin ölüm səbəbi AÇIQLANDI

İranda bir müddət öncə əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra həyatını itirən Məhsa Əmininin ölüm səbəbi açıqlanıb.

KONKRET.az İran KİV-lərinə istinadən xəbər verir ki, 22 yaşlı Məhsanın ölümünə səbəb başından və həyati vacib orqanlarından aldığı zərbələr olmayıb.

Tibbi ekspertizanın yaydığı məlumata görə, o, 8 yaşı olduqda beynindən əməliyyat olunub. Belə ki, Məhsa sentyabrın 13-ü huşunu itirib və yerə yıxılıb. Onun ürək ritmi pozulub və qan təzyiqi enib. Həmin dəqiqələrdə ona edilən qeyri-effektiv ürək-tənəffüs reanimasiyası onun beynində oksigen çatışmazlığına səbəb olub. O, orqan çatışmazlığından dünyasını dəyişib.

Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Bunun adrınca ölkədə kütləvi etirazlar başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*