Meksikada zəlzələ baş verdibackend

Meksikada zəlzələ baş verdi

Meksikada zəlzələ xəbərdarlığı edilib və paytaxtın bəzi yerlərində zəif yeraltı təkanlar hiss olunub, lakin dağıntı və tələfat barədə məlumat yoxdur.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Meksikanın seysmoloji xidmətinin ilkin qiymətləndirməsinə görə, zəlzələnin maqnitudası 6,3, episentri Oaxakanın cənubundakı Matias Romero şəhəri yaxınlığında yerləşib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ 108 km dərinlikdə baş verib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*