Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Müsahibələr başladıbackend

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Müsahibələr başladı

Ümumi təhsil müəssisələrinin direktorlarının işə qəbulu üzrə müsabiqənin növbəti müsahibə mərhələsinə start verilib.

KONKRET.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müsahibələr 29 iyun–8 iyul tarixlərində keçirilmiş ərizə qəbulu mərhələsində iştirak edən namizədlər üçün təşkil olunur. İlkin mərhələdə şagird sayı 500-dək olan ümumi təhsil müəssisələri üzrə müsahibələr müvafiq şəhər və regional təhsil idarələri tərəfindən həyata keçirilir.

Qeyd olunub ki, namizədlərin müsahibəyə dəvəti müsabiqə qaydalarına uyğun olaraq ardıcıllıq əsasında, vakant vəzifəyə uyğun namizəd müəyyən edilənədək davam etdiriləcək.

Müsahibə zamanı namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları komissiya üzvləri tərəfindən qiymətləndiriləcək.

Nazirlikdən bildirilib ki, müsahibə mərhələsinə dəvətlə bağlı məlumatlar namizədlərin şəxsi kabinetlərinə mərhələli şəkildə göndərilir. Namizədlərə şəxsi kabinetlərini mütəmadi olaraq yoxlamaları tövsiyə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*