Türkmənistan məktəblərində cib telefonlarından istifadəyə qadağa qoyulub. Bu həm şagirdlərə, həm də müəllimlərə şamil olunub.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Aşqabadda, Balkan, Lebap və Daşoğuz əyalətlərinin məktəblərində mobil rabitə cihazlarına məhdudiyyət tətbiq edilib.
Artıq bununla bağlı bütün şəhər və rayon ümumtəhsil məktəblərində keçirilən valideyn iclaslarında valideynlərə xəbərdarlıq edilib.
Türkmənabad şəhərindəki bir məktəbdə valideyn iclasında sinif müəllimi şagirdlər və müəllimlər arasında telefonlarda pornoqrafik materialların necə izləndiyi barədə danışıb. Lakin bunun hansı məktəbdə baş verdiyini açıqlamayıb.
“Sinif müəllimləri bizə dedilər ki, hətta bəziləri şagirdlə müəllim arasında baş verənləri belə gizli şəkildə çəkib İnternetdə yerləşdirirlər. Buna görə mobil telefonların məktəbə gətirilməsi qəti qadağandır”, – deyə müəlimlərdən biri bildirib və valideynlərə uşaqlara kamerasız, sadə telefonları almağı təklif edib.