“Məmurlar üçün restoranlar və digər obyektlər açıqdır”- İDDİAbackend

"Məmurlar üçün restoranlar və digər obyektlər açıqdır"- İDDİA

Rusiya Dövlət Dumasının LDPR fraksiyasından deputatı İqor Lebedev “Krılya Sovetov” futbol klubunun oyunçusu, komandanın əsas qapıçısı Yevgeni Frolovun müsahibəsində səslənən fikirləri müdafiə edərək futbolçuya qarşı təzyiqləri pisləyib.

KONKRET.azın məlumatına görə, Frolov “Futbol biq” adlı Youtube kanalına müsahibəsində karantin rejimi bəhanəsi ilə hakimiyyətin insanları tələyə saldığını, iqtidarın xalqa qul təki baxdığını deyib. Koronavirusla mübarizədə siyasi təbəqənin qətiyyən narahat olmadığını söyləyən peşəkar qapıçı ölkədə, xüsusən də Moskvada məmur tayfası üçün heç bir qadağa olmadığını qeyd edib:

“Böyük məmurlar üçün restoranlar, digər obyektlər açıqdır. “Xalqa tüpürən”lərin absurd qanunları bəzən şübhə yaradır. Əgər belə bir qorxulu koronavirus pandemiyası mövcuddursa, onda niyə bütün bunlar siyasi müstəvidə həll olunur? İnanmaq istəmirəm onlara. Bizi özlərinə borclu sananlar bizlərin söz və etiraz haqqının olmadığını düşünürlər. Hər şey – cəza və cərimələr kölə sandıqları xalq üçündür”.

Yevgeni Frolovun hakimiyyət əleyhinə bu fikirlərinə görə klubdan qovulması haqda qərar qəbul edildiyi söylənilir. Digər bir xəbərə görə isə qapıçını ehtiyat heyətə keçirmək üçün hakimiyyətin razılığı alınıb.

Moderator.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*