Mənzil İnşaat Dövlət Agentliyi mənzil almaq istəyənlərdə xəyal qırıqlığı yaşatdıbackend

Mənzil İnşaat Dövlət Agentliyi mənzil almaq istəyənlərdə xəyal qırıqlığı yaşatdı

KONKRET.az xəbər verir ki, iqtisadçı Rəşad Həsənov özünün facebook səhifəsində Mənzil İnşaat Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksində son mənzillərin onlayn satışını sərt tənqid edib. Statusu olduğu kimi təqdim edirik:

– Satışlar hər zamankı kimi ildırım sürətli oldu və az-çox ümidi olan iştirakçılarda da çox böyük xəyal qırıqlığı yarandı. Artıq əhalinin böyük əksəriyyətində MİDA-nın fəaliyyəti ilə əlaqədar ciddi şübhələr var.

Bu məsələ haqqında məlumatlı olduğum üçün tez-tez fərqli sosial qruplardan müraciətlər olur. Alan şəxslərin əksəriyyəti digər şəxslərin xidmətlərindən istifadə edirlər. Bu xidmətlərin qiyməti 500 manatdan 7000 manata qədər yüksəlir. Xüsusi bazar formalaşıb və hətta bir, iki və üç otaqlı mənzillər üçün də diferensial qiymətlər yaranmaqdadır. Məlumatlardan o da məlum olur ki, xüsusi robot proqramlar hazırlanmış CAPTCHA-nin tətbiqi belə bu proqramların qarşısını almır. Son iki satış bunun bariz nümunəsi oldu deyə bilərik.

Aztəminatlı sosial qrupları bu şəkildə ümidsizliyə düçar etmək Uyğun Qiymətə Strategiyasının fəlsəfəsinə zidddir və heç kimsənin dövlət vəsaitlərini bu şəkildə uğursuz idarəetmə hüququ yoxdur.
Yuxarıda sadalanan problemlərin aradan qaldırılması üçün qaydalara və mexanizmə aşağıdakı dəyişiklərin edilməsi zəruridir.

1. Mənzil sahibi olan, yaxud son 24 ayda adına olan mənzili satan vətındaşın Güzəştli Mənzil mexanizmindən istifadə hüququ olmamalıdır. Hazırda adamlar var ki, MİDA onlara 5-ci, 6-cı ev sahibi olmaq xöşbəxtliyi nəsib edib. Bu hansı məntiqə sığır ki, əhalinin mənzil probleminin həllinə yönələn bir mexanizm kimlərinsə biznes maraqlarının təminatçısı olsun.

1.1 Mövcud satış mexanizmi aşağıdakılardan biri ilə əvəz edilə bilər.

2.1. Variantlardan biri kimi lotareya üsulu gözdən keçirilə bilər. Belə ki, satışdan əvvəl hər kəsin şəxsi kabinetinə konkret kodlar göndərilir. Lakin qalib nömrələr canlı yayımın təşkili şərti ilə satışa qatılmaq hüququ olan vətəndaşlar tərəfindən müəyyən edilir.

2.2. İkincisi bu satışların təşkili Dövlət İmtahan Mərkəzinin tətbiq etdiyi metodla təmin edilə bilər. Belə ki, bu hüquqlardan yararlanmaq istəyən vətəndaşlar xüsusi zallarda toplana bilərlər. Bu zaman kənar şəxslərin zallara daxil olmaq imkanı olmayacaq. Proqram onlayn olsa belə yalnız xüsusi məkanlarda aktiv edilə bilər. Bununla da insanlara ədalətli seçim imkanı təmin etmək olar. Satışların qeyri-iş günlərinə salınması və bir neçə yerdə təşkili iştirakın əlçatanlığını təmin edə bilər.

Yuxarıdakı şərtlər bir tərəfdən sərvət ovçularının məhdud sayda və dövlətin subsidiyaları ilə inşa edilən mənzillərin sahibinə çevrilməsi hüququnu aradan qaldıracaq. digər tərəfdənisə hakerlər tərəfindən yaradılan alternativ bazar sıradan çıxarılacaq. Qeyd edim ki, xakerlərin prosesdə bərabərlik prinsipini pozmaqla layihənin əhəmiyyətini azaldır.

Əminən ki, MİDA rəsmiləri belə Yasamal YK-də kirayə verilən mənzillərdən xəbərdardır. Qeyd edilən məhdudiyyət bu kimi problemləri aradan qaldıracaq, satışların ədalətliliyini və mənzillərin əlçatanlığını təmin edəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*