Turizm Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatının əsas sahələrindən biridir. COVID-19-dan sonra bu ölkələrdə turizm bərpa olunmağa başlayır.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Mərkəzi Asiya ölkələri əcnəbilər üçün getdikcə daha çox imkanlar yaradır.
Qazaxıstan

Qazaxıstan keçən il xarici turistlərdən rekord məbləğdə – 572 milyard tenge (1,2 milyard dollar) gəlir əldə edib. Bunun 183 milyard tengesi (395 milyon dollar) mehmanxanaların payına düşür.
Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin məlumatına görə, respublikada hər bir turist orta hesabla 1500 dollar xərcləyib. 2022-ci ilin əvvəlindən Qazaxıstana ən çox Rusiya (218 min), Özbəkistan (142 min) və Çindən (31 min) turistlər səfər edib.
Özbəkistan

2022-ci ilin yanvar-dekabr aylarında Özbəkistana turizm məqsədilə 5,2 milyon xarici vətəndaş səfər edib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 milyon nəfər və ya 2,8 dəfə artıb.
2022-ci ildə turizm məqsədi ilə Özbəkistana ən çox aşağıdakı ölkələrin vətəndaşları səfər edib:
- Qazaxıstan – 1,5 milyon;
- Tacikistan – 1,4 milyon;
- Qırğızıstan – 1,3 mln
Qırğızıstan

2022-ci ildə Qırğızıstana səyahət etmək üçün 6 milyona yaxın xarici turist gəlib. İl ərzində Qırğızıstana ən çox turist Özbəkistandan gəlib. Belə ki, 2022-ci ildə bu ölkədən Qırğızıstana 3 milyona yaxın insan gəlib.
İkinci yerdə Qazaxıstan (1,2 milyon turist) qərarlaşıb. İlk üçlüyü Rusiya tamamlayır.
Tacikistan

Ötən il Tacikistana səfər edən turistlərin sayı 1 milyon nəfər təşkil edib.
2022-ci ildə Tacikistana 999,3 min xarici turist səfər edib ki, bu da 2021-ci illə müqayisədə 3,4 dəfə və ya 703 min nəfər çoxdur.
İqbal Rzayev,
KONKRET.az
